Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Erasmus+” 2  proqramının açılış mərasimi keçirilib

28 sentyabr tarixində “Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib.

   
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilən layihənin əsas məqsədi iştirak edən ölkələrdə miqrantların və qaçqınların inteqrasiyasının alətləri, metodları və təcrübələrinin mübadilə yolu ilə beynəlxalq dialoqu təşviq etməkdir.

Səfər zamanı müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarınını nümayəndələri öz yurd yuvalarından 30 il ayrı düşmüş, keçmiş qaçqın və məcburi köçkünlər ilə , həmçinin miqrantlarla işləyən yerli və beynəlxalq qurumlar ilə görüşlər keçiriləcək. 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün faktoru , eyni zamanda beynəlxalq təhlükəsizlik prizmasından problemin məzmununu obyektiv qiymətləndirilməsi təlimlər zamanı xüsusi müzakirə predmeti olacaqdır. Beləki 9 gün davam edən  layihə çərçivəsində keçirilən təlimlər zamanı beynəlxalq iştirakçılara Azərbaycan təcrübəsinə əsaslanaraq  qaçqın və məcburi köçkünlərin sonradan adaptasiya dövründə cəmiyyətə inteqrasiyası , sosial xidmət paketləri , məşğulluq xidməti, onlara tətbiq olunan güzəştlər haqqında məlumat veriləcəkdir.

 
O cümlədən, “Sülh və birgəyaşayış modelinin formalaşdırılması modeli kimi Azərbaycan” adlı paneldə Azərbaycanda tolerant yaşam şəraiti, din və etiqad azadlığı, həmçinin sülhün carçısı kimi əhalinin “Böyük Qayıdış” prosesində ictimai iştirakçılığı haqqında müzakirələr təşkil olunacaqdır.


Təşkil edilən açılış mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, proqram çərçivəsində Azərbaycana gələn müxtəlif ölkələrdən olan 90 nəfər gənc iştirakçı, media nümayəndələri və təşkilatçılar iştirak ediblər. 

 Tədbiri açıq elan edən Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Röyal İsmayılov layihənin proqramı haqqında geniş məlumat verib.
 Daha sonra çıxış edən  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Azərbaycana səfər edən gəncləri salamlayıb və belə bir layihənin təşkili üçün təşkilatçılara təşəkkür edib. 
V.Quliyev bildirib ki, “Şuşa İli” çərçivəsində təşkil edilən bele bir tədbirin əhəmiyyəti olduqca vacibdir. Proqram çərçivəində gənclər işğaldan azad olunmuş Zəngilana səfər, o cümlədən, Azərbaycanda keçirəcəkləri məhsuldar görüşlər onlara ölkəmiz haqqında real təəssüratın formalaşdırılmasına təkan verəcək.

Çünki, Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi həm də  Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyaya yayılmasında böyük rol oynayır.  Sonra çıxış edən digər natiqlər Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov layihənin əhəmiyyətindən danışıblar.


Natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm  Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyi, torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığı, artıq Böyük Qayıdışın başlandığını layihə iştirakçılarının diqqətinə çatdırıblar. 
 Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun təqdimatı edib və fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr haqqında iştirakçılara məlumat  verib. 

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …