Azərbaycanda tütün məmulatlarının məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunmasına dair layihə I oxunuşda qəbul edilib.
Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə tütün məmulatlarını istehsal və idxal edənlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi bildirişi aldıqları tarixdən etibarən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunması təklif olunur.
Qanun layihəsində həmçinin, Dövlət Vergi Xidməti tərəfindən yuxarıda qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halının da nəzərdə tutulduğu bildirilib.
Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.