“Ötən gün Rusiya Ukrayna istiqamətinə nüvə bölmələri daşıyıb. Bu, nüvə eskalasiyası ilə bağlı narahatlıqları artırır”.
Boyukmillet.com xəbər verir ki, bu fikirlər Britaniyanın “Times” qəzetinin “Putin Ukraynaya nüvə hərbi qatarının göndərilməsini əmr edib” sərlövhəli məqaləsində öz əksini tapıb.
Bildirilib ki, NATO üzv ölkələrə Rusiyanın Ukrayna ilə sərhəddə nüvə sınaqları keçirə biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Beləliklə, Kreml kütləvi qırğın silahlarından istifadəyə hazır olduğunu nümayiş etdirmək istəyir. NATO-nun yüksək rütbəli mənbəsinin sözlərinə görə, Putin nüvə silahından istifadə edərsə, bunu Qara dənizdə həyata keçirəcək. Ekspertlər belə bir “nümayiş”i mümkün hesab edirlər. Onlar Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadəsini istisna etmirlər”.
Məlumatda həmçinin qeyd olunub ki, Rusiya nüvə silahını tətbiq etsə, risklərlə üzləşə bilər. Çünki raketlərin istiqaməti səhv ola və başqa yerə düşə bilər.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev daha əvvəl ölkənin özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadəsinin mümkünlüyündən danışıblar.
(Report.az)