Klub turnirlərində indiyədək ən çox qol vurmuş futbolçuların siyahısı yenilənib.
Boyukmillet.com Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk pillədə hazırda İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Kriştianu Ronaldu qərarlaşıb.
37 yaşlı portuqaliyalı oyunçu 699 qola imza atıb.
1985 – 2007-ci illərdə 691 qolla yadda qalan braziliyalı Romario ikinci, Fransa PSJ-sində çıxış edən argentinalı Lionel Messi isə 690 dəfə fərqlənməklə üçüncü yerdədir.
Siyahıda karyerasını davam etdirən oyunçulardan Robert Levandovski də var. İspaniyanın “Barselona” klubunda çıxış edən polşalı hücumçu klub turnirlərindəki qollarının sayını 500-ə çatdırıb.
(Report.az)