Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində 33 tunel, 84 yeni körpü tikiləcək”

İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Qarabağ və Şərqi Zəngəzur ərazisində 33 tunel, 84 yeni körpü tikiləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

“Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq. Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir”,- dövlət başçısı qeyd edib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …