Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar.

Boyukmillet.com-un xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub.

Habelə, Ərdoğan və Paşinyan ayrıca söhbət ediblər.

Qeyd edək ki, bu gün sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında ikitərəfli görüş keçirilib. Ş.Mişelin iştirakı ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Bundan başqa, Ərdoğanla Paşinyanın ikitərəfli görüşü də planlaşdırılıb.

Check Also

Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı …