Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Böyük Britaniya səfiri Gəncə terrorunun ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib

“Ermənilərin hərbçilərimizlə bağlı yaydığı videolar var, bizim insanımız insan deyil?”

Boyukmillet.com-un xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi qulluqçularının lentə alaraq sosial şəbəkələrdə paylaşdığı videolar var:

“Bununla bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir. Həmin videolarda bir neçə faktı göstərmək olar. Əsir götürülmüş bir hərbi qulluqçunun boğazının kəsilərək öldürülməsi, yaralı, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan, əl-ayağı tərpənməyən hərbi qulluqçunun başına avtomatın qundağı ilə çoxsaylı zərbələr vurularaq qətlə yetirilməsi kimi çoxsaylı misallar çəkə bilərəm. Bizim insanımız insan deyil, erməninki insandır? Bu yanaşma yolverilməzdir”.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …