Bazar , 19 Yanvar 2025
Drone Cameras

AŞPA Prezidenti rəsmi Bakı və İrəvanı regionda dayanıqlı sülh üçün səylərini artırmağa çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa və Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bunu Tini Koks Strasburqda AŞPA-nın payız sessiyasının iclasında deyib.

O, son zamanlar Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin insanlara mənfi təsir göstərdiyini vurğulayıb.

“Mən Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram”, – AŞPA sədri bildirib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …