“Qarabağ” klubunun futbolçusu Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.
Boyukmillet.com xəbər verir ki, bu barədə agent Aleksandar Ristiç “RB Sport”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Premyer Liqasında çıxış edən bir neçə komanda 31 yaşlı monteneqrolu yarımmüdafiəçi ilə bağlı məlumat istəyib: “Həqiqətən də Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir”.
Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən “Qarabağ”ın formasını geyinir.
(Report)