Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanın dövlət bayrağı İğdırın ən yüksək zirvəsində dalğalanacaq

Azərbaycanın dövlət bayrağı Türkiyənin İğdır vilayətində yerləşən Təkaltı dağında dalğalanacaq və Milli Qəhrəman Mübariz İbrahimovun portreti zirvəyə yerləşdiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu münasibətlə sentyabrın 16-da İğdırın mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Ertəsi gün isə rəsmi şəxslərin iştirakı ilə qəhrəmanlıq mövzusunda konfrans keçiriləcək.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı baş konsulluğunun dəstəyi əsasında keçiriləcək tədbirlər Azərbaycan və Türkiyə arasında qardaşlığı təbliğ etmək, o cümlədən gənc nəsildə milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə təşkil olunacaq.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …