Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq

Gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …