Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, kapitan Ruslan Lunev güllə atıcılığı üzrə dünya çempionatında 2-ci yeri qazanaraq gümüş medal qazanıb.
Boyukmillet.com xəbər verir ki, təmsilçimiz 25 m məsafəyə tapançadan atış yarışında fərqlənib.
Dünya çempionatı Misirin Qahirə səhərində keçirilib.