Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Azərbaycan Qazaxıstanla aqrar sahədə texnolji yenilikləri transfer edəcək

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi ilə Qazaxıstanın İnnovasiyaların İnkişafı üzrə Milli Agentliyi “Qazinnovations” arasında aqrar sahədə texnolji yeniliklərin transferinə dair əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Daşkənd şəhərində keçirilən “Dayanıqlı İnkişaf üçün Yaşıl İnnovasiyalar” mövzusunda İllik İnnovativ İdeyalar Beynəlxalq Həftəsi (“İnnoWeek 2022”) çərçivəsində imzalanıb.

Aqrar İnnovasiya Mərkəzinin rəsmisi beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının katibliyi tərəfindən təşkil olunan “Ağıllı şəhər və ağıllı kənd məsələləri üzrə ixtisaslaşmış mütəxəssislər üçün konfrans”da və “Yaşıl innovasiyalar sahəsində texniki əməkdaşlıq mexanizmləri” mövzusunda panel müzakirədə də iştirak edib.

Check Also

Tərk edilmiş Çernobıl torpaqları kənd təsərrüfatı dövriyyəsinə qaytarıla bilər

Beynəlxalq alim qrupu Ukraynanın Çernobıl təcrid zonasında minlərlə hektar kənd təsərrüfatı torpaqlarının bitki yetişdirmək üçün …