Azərbaycanla Dünya Bankı arasında rəqəmsal transformasiya və telekommunikasiya sahəsində həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter səhifəsində məlumat verib.
O qeyd edib ki, bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.