“Ola bilsin ki, ən yaxın zamanlarda biz dünyada iki Azərbaycan dövlətinin varlığı kimi böyük bir xoşbəxtliyin şahidi olacağıq”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı qeyd edib ki, rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamaq imkanını əldən verib:
“Dəfələrlə yazsaq və desək də, Güneydən gələn bircə nəfər gənci də burda dövlət hesabına oxutdura bilmirik. Ədəbi əlaqələrimizin möhkəmləndirilməsi, milli birliyin inkişafı üçün az iş görülür. Vaxtilə biz türk sözünü dilimizə gətirəndə nizələr üzümüzə tuşlanırdı. Şükür, bu gün Qarabağ savaşı və bölgədə gedən proseslər Türk birliyi yolunun nicat yolu olduğunu təsdiqləyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə ədəbi əlaqələrin möhkəmləndirilməsi zəruridir”.