Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İran ABŞ-ın bir sıra fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq edib

İran hakimiyyəti ABŞ-ın 10 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

Boyukmillet.com xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin müvafiq bəyanatını “Tasnim” agentliyi yayıb.

Bəyanatda qeyd edilir ki, məhdudiyyətlər xüsusilə İranın “daxili işlərinə qarışmaq”, “zorakılıq və iğtişaşları təşviq etmək” və ölkədə terror aktları törətməyə təhrik edildiyi üçün tətbiq olunub.

Tehranın sanksiya siyahısına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Maykl Kurilla, icraçı direktor, maliyyə nazirinin birinci müavini Adevale Adeyemo, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Enn Noyberqer, eləcə də digər Amerika hərbçiləri və hökumət rəsmiləri daxildir.

Bundan əlavə, Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ), Milli Qvardiya və ABŞ Hərbi Hava Qüvvələrinin 9-cu Hərbi Hava Qüvvələrinə, həmçinin Amerikanın “Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatına və onun icraçı direktoru Mark Uollesə qarşı sanksiyalar tətbiq edilib.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …