Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında “Nar Bayramı” qeyd edildi.


Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə edilir. Məhz , Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevrilmişlər. Qöyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.
“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Sevindirici haldır ki, bu gün Bərdə şəhərində fəaliyyət göstərən şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında “Nar bayramı” keçirilmiş ,gələcəyimiz olan körpə fidanlarımız qeyri-maddi mədəni irsimiz haqqında dolğun şəkildə məlumatlandırılmışdır. Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının rəhbəri Leyla Məmmədova və kollektivinə təşəkkürümüzü bildiririk.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …