Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Güney Azərbaycan şəhərlərinin hər küçəsində İlham Əliyevin portretləri asılıb” – DAK rəsmisi

“İranla sərhədə yaxın ərazidə başlanan hərbi təlimlər Güney Azərbaycanda böyük şövqlə qarşılanıb”.

Bu fikirləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) ölkənin cənub sərhədlərində dünən başladıqları hərbi təlimlərin güneydə doğurduğu reaksiyadan bəhs edən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan XTQ-nin keçirdiyi təlimlər Güney Azərbaycanda böyük coşqu yaradıb:

“Maraqlıdır ki, Azərbaycan xüsusi təyinatlılarının başladığı təlimlərə İran rejimindən hələ ki rəsmi münasibət bildirilməyib. Bununla belə, rejimin nəzarətində olan telekanallarda özü türk, mahiyyəti isə fars olanları efirə çıxararaq keçirilən təlimləri tənqid etdirirlər.

Lakin bu təlimlər Güney Azərbaycanda böyük şövqlə qarşılanıb. Bizim milliyyətçi çevrələr xüsusi təyinatlıların başladığı təlimləri İranın keçirdiyi təlimlərə tutarlı cavab kimi qəbul edirlər. Eyni zamanda, Prezident İlham Əliyevin bu barədə çıxışı da milliyyətçilər tərəfindən tarixi çıxış adlandırılır və yüksək qiymətləndirilir.

Ümumiyyətlə, yəqin sosial şəbəkələrdə də müşahidə etmisiniz, Təbrizin, Ərdəbilin, Güney Azərbaycanın başqa şəhərlərinin hər küçəsində İlham Əliyevin portretləri asılıb. Milliyyətçilər o portretlərin üzərinə İlham Əliyevə dəstək məzmunlu qeydlər də yazırlar. Bəli, İranın keçirdiyi təlimlər ola bilər Güneydə kimlərdəsə narahatlıq yaratmışdı. Amma xüsusi təyinatlıların təlimi o narahatlığı coşqu ilə əvəzləyib”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …