Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Komissiya sədri: “Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir”

Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarıllblar:

“Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”.

Check Also

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü qeyd edilib

Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının …