“Hərbi Qənimətlər Parkında Ermənistanın işğal siyasətinin faktları, nümunələri var. Ona görə də Ermənistan tərəfini narahat edir”.
Boyukmillet.com-un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, işğal dövründə Ermənistan törətdiyi vandalizm aktlarını beynəlxalq ictimaiyyətdən gizlədib: “Ancaq bu parkda onların nümunələri var”.