Şənbə , 23 Noyabr 2024
Drone Cameras

TDT-yə üzv ölkələrin liderlərinin Zirvə görüşünün gündəliyi açıqlanıb

Özbəkistanın paytaxtı Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə iqtisadiyyat, nəqliyyat və ticarət məsələləri müzakirə olunacaq.

Boyukmillet.com xəbər verir ki, tərəflər həmçinin ikitərəfli və regional münasibətlər barədə fikir mübadiləsi aparacaqlar.

Məlumata görə, noyabrın 10-da Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri görüşəcəklər. Bir gün sonra, noyabrın 11-də isə liderlər bir araya gələcək.

Toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.

Sammitdə 2009-cu il oktyabrın 3-də Türk Dövlətləri Təşkilatının Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk Dünyası ali medalı” və Özbəkistanın milli medalı təqdim olunacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …