Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Özbəkistan Türk Şurasının üzvü olacaq

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Özbəkistanın podrobno.uz portalı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatına istinadla məlumat verir.

Mövlud Çavuşoğlu deyib ki, Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü olmaq haqqında qərar qəbul edib. Ölkənin bununla bağlı rəsmi müraciəti Türk Şurasının Katibliyinə daxil olub. Müvafiq sənədlər artıq Özbəkistana göndərilib. Rəsmi qərar bu yaxınlarda qəbul ediləcək.

Türkiyənin Xarici İşlər naziri bildirib ki, Türkmənistan isə Türk Şurasında müşahidəçi kimi iştirak etməyə hazırdır. Tez bir zamanda Türk Şurası mühüm regional oyunçuya çevriləcək. Şuranın sıraları getdikcə genişlənir.

Xatırladaq ki, hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türk Şurasının üzvləridir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …