Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

BMT-nin İqlim Konfransı öz işinə başlayıb

Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi başlayıb.

Boyukmillet.com xəbər verir ki, iclas zamanı BMT Konfransına sədrlik əvvəlki sammitin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi edən Misirə təhvil veriləcək.

Sessiyanın sədri kimi Misirin xarici işlər naziri Sameh Şükri çıxış edəcək.

Tədbir noyabrın 18-dək davam edəcək. 7 və 8 noyabrda dövlət və hökumət başçıları müraciətlər edəcəklər. Müraciətlər ölkələrin ekologiya, resursların qorunması, ərzaq təhlükəsizliyi, təbii fəlakətlərdən qorunma, yaşıl enerji, ən yoxsul ölkələrə maliyyə dəstəyi ilə bağlı mövqeyini əks etdirir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …