Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Türkiyə XİN Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

“İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub.

Türkiyə işğaldan azad olunan ərazilərin yenidən qurulması və inkişafı da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycan ilə həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, – paylaşımda bildirilib.

Check Also

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb – YENİLƏNİB

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Biləcəri …