Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Çavuşoğludan nazirə: Yaxşı uşaqsan, həddini aşma!

Yunan Kipri bizi tənqid etməzdən əvvəl özünə və problemin həllinə cəhd etməməsinə baxsın!

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Türkiyə olaraq Şimali Kipr xalqının tələblərini həyata keçirməyə çalışırıq. Şimali Kipr Türk Respublikası ilə önəmli işbirliyimiz var və bu proses davam edəcək”, – nazir bildirib.

Çavuşoğlu yunan Kiprinin Xarici İşlər naziri Nikos Hristodulidisə də mesaj göndərib:

“Kiprli nazir… Adı nə idi? Hə, Nikos. Nikos yaxşı uşaqdır, amma həddini aşmasın!”

Qeyd edək ki, Kipr Respublikasının Xarici İşlər naziri Nikos Hristodulidis Türkiyə ilə Şimali Kipr arasında anlaşılmazlıq olduğunu iddia edib. (axar.az)

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …