Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda silah-sursat istehsal edəcək müəssisələr müəyyən olunub

Prezident İlham Əliyev “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 mart 2000-ci il tarixli fərmanda dəyişiklik edib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda döyüş təyinatlı hərbi texnikanın, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı ilə dövlət müəssisələri və yaxud səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr məşğul ola bilər.

Check Also

Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb

Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb. Boyukmillet.com xəbər verir …