Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“Xarı bülbül Şuşa” komandası ölkə çempionatına Bakıda hazırlaşır

Azərbaycan çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir.

Boyukmillet.com xəbər verir ki, Macarıstandakı təlim-məşq toplanışını başa vuran komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir.

Kollektiv yoldaşlıq görüşündə MOİK-lə qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …