Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Savaş Ünal: “Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir”-FOTOLAR

Savaş Ünal:Gündüzləri başqa gözəl, axşamları isə möhtəşəm olan Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir.”

Gündən-günə gözəlləşən, müasirləşən şəhərimiz onu ziyarət edən qonaqlarının yaddaşında silinməz izlər buraxır.
Boyukmillet.com naxcivanxeberleri.com istinaden xəbər verir ki, “Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyası”nın (ASKEF) bir qrup üzvü Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.
Naxçıvanda üçüncü dəfə qonaq olan“Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyası”nın (ASKEF) rəhbəri Savaş Ünal şəhərimiz haqqında fikirlərini bizimlə bölüşüb.
Savaş Ünal :“Artıq üçüncü dəfədir ki, bu qədim diyarda qonaq oluram. Bir çox Avropa ölkələrini gəzmişəm, müxtəlif mədəniyyətlər, tarixlər ilə tanış olmuşam. Lakin indiyə kimi Naxçıvanda qarşılaşdığım isti münasibəti, əsrarəngiz tarixi məkanları, şəhərin müasir və təmiz görüntüsünü çox az hallarda başqa şəhərlərdə görmüşəm. Hər gəlişimdə şəhərin fərqli gözəl görkəm aldığını, yeniləndiyini, daha da müasirləşirdiyi gördüyümdə heyrətimi gizlədə bilmirəm. Qədim Şərq memarlıq nümunələri ilə müasirliyin vəhdət təşkil etdiyi bu şəhər insanı valeh edir. Bir çox şəhərlərdə görmədiyim təmizlik, insanların yaşadığı şəhərə can yandırması, yaşıllıqları qoruması təqdirəlayiqdir. Gündüzləri başqa gözəl, axşamları isə möhtəşəm olan Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir.”

Şəhərimizə birinci dəfə gələn Türk sənət musiqisi sənətçisi, aparıcısı və teatr direktoru Göksenin Çakmakında Naxçıvan haqqında fikirlərini öyrəndik.
Göksenin Çakmak: “İlk dəfədir Naxçıvan şəhərində qonaq oluram. Buraya gəlmədən öncə məni bu qədər əsrarəngiz şəhərin qarşılayacağını güman etmirdim. Lakin şəhərə ayaq qoyan ilk andan etibarən sanki Naxçıvan məni öz sehrinə aldı. Geniş yollar, gözoxşayan binalar, yolboyu düzülən yaşıllıqlar, şəhərin təmizliyi, sakitliyi məni heyrətə gətirdi. Tarixi binaları, muzeyləri burada tarix ilə müasirliyi çox gözəl təzahür etdirir. Eləcə də sakinlərinin qonaqlara olan münasibəti məni çox məmnun etdi. Çox sayda ölkələrdə, şəhərlərdə olmuşam. Burada qarşılaşdığım isti münasibəti heç yerdə duya bilməmişəm. Qonaqpərvərlik, hörmət, qayğı Naxçıvan camaatının ən sevdiyim xüsusiyyətlərindən oldu. Şəhər mərkəzi ilə yanaşı bir çox kəndlərində də oldum. Bura da şəhər mərkəzi qədər gözəl və təmizdi”.

Savaş Ünal: “Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir”-FOTOLAR
Savaş Ünal: “Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir”-FOTOLAR
Savaş Ünal: “Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir”-FOTOLAR
Savaş Ünal: “Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir”-FOTOLAR
Savaş Ünal: “Naxçıvan məni hər dəfə yenidən bu şəhərə gəlməyə vadar edir”-FOTOLAR

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …