“Uşaq bağçaları ilə bağlı ilkin uğurlar var. Məlumat sistemlərinin toplanılması, mərkəzləşdirilmiş qaydada uşaqların qəbulu elektron şəkildə həyata keçirilir”.
Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, sistemin ilk dəfə olması müəyyən nöqsanları üzə çıxarıb: “Müəyyən həll yolları tapmağa çalışırıq. İşə qəbul imtahanları üçün 4539 namizəd müraciət etmişdisə, 739 nəfər müsahibə mərhələsinə buraxıldı. 332 nəfər uğur qazandı. Lakin bizim 122 nəfərlik vakant yer var. Müəyyən müsabiqə gözlənilir”.