Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək.
Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.
Dəyişikliklə Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.