Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Mövlud Çavuşoğlu NATO ölkələrinə çağırış edib: “Türkiyənin yanında olmalısınız”

“Ukraynadakı müharibə nəticəsində yaranan qida və enerji böhranı zəif nöqtələrimizi göstərdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənn xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, təhdidlərə kollektiv formada reaksiya verilməlidir: “Müttəfiqlər, həmçinin terrorla mübarizədə Türkiyənin yanında olmalıdır”.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ukraynanı dəstəkləməyə davam edir: “Ədalətli sülhə nail olmağa çalışırıq. “Taxıl sazişi”, əsir mübadiləsi, həmçinin tərəflərin görüşünə ev sahibliyi etməyimiz təşəbbüslərimizin təzahürüdür”.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …