Cümə , 27 Mart 2026
Drone Cameras

Baş katib: “NATO Ukraynaya MiQ-29 və ya F-16 qırıcıları verməyi nəzərdən keçirir”

“NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.

Y.Stoltenberqin sözlərinə görə, NATO ölkələri Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etmək ideyasını nəzərdən keçirir: “Tammiqyaslı işğalın əvvəlində bu ideyadan imtina edilmişdi. Lakin indi hava məkanında Ukraynaya üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilməlidir”.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …