Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğan: “Türkiyənin inkişaf kursu davam edəcək”

“Türkiyənin 2022-ci ildə iqtisadi artımı rekord səviyyədə olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəliklərinin rəhbərləri ilə Ankarada keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 2023-cü ilə uğurla daxil olacaq Türkiyə Cümhuriyyət müstəqillik tarixinin ikinci yüzilliyi üçün qarşıya qoyulmuş bütün hədəflərə çatmaq əzmindədir.

Türkiyə Prezidenti diqqəti ölkənin son 20 ildə əldə etdiyi uğurlara yönəldib: “AKP-nin iqtidarda olduğu dövrdə ölkəmiz bir əsrlik inkişaf yolu keçib. Bu inkişaf kursu davam etdiriləcək”.

O, dünyada resessiya ilə bağlı mövcud narahatlıqlar fonunda Türkiyənin iqtisadi artımı davam etdirməsinin əlamətdar fakt olduğunu vurğulayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …