Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Palatasının iclasında qərar qəbul edilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 26-na təyin edilmiş iclasında baxılacaq.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …