Bazar , 19 May 2024
Drone Cameras

Qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair qanun təsdiqlənib

Prezident İlham Əliyev qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.

Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına yaxınlaşması təmin ediləcək.

Bununla da əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən olunacaq.

Check Also

Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Son dörd ayda pensiya ödənişlərinə 263 milyon manat çox olmaqla 2 milyard 152 milyon manat …