Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Deputat: “Azərbaycan Prezidenti dünya azərbaycanlılarının lideridir”

“Azərbaycan Prezidenti dünya azərbaycanlılarının lideridir. Bu, müzakirə predmeti deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədrinin müavini, deputat, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu qurumun keçirdiyi “İran yeni baxış bucağında” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın dünyadakı imici dəyişib: “Azərbaycan bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəçisidir. Biz artıq güclü dövlətik. Güneyli soydaşlarımızın hüquqlarının qorunması, onlarla təmaslarımızın artması üçün dövlətimizdə iradə var. Kim bizimlə təhdid dilində danışarsa, ona cavab verməyə qadirik. Məqsədimiz soydaşlarımızı qorumaqdır”.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …