Şənbə , 23 Noyabr 2024
Drone Cameras

““Qardaş yumruğu” təlimlərin yeni mərhələsidir” — Bəxtiyar Paşa ilk dəfə Azərbaycan teleməkanında (VİDEO)

“Azərbaycan ordusu və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi bu təlimləri bəlkə də ilin son təlimləri adlandıra bilərik. Bu təlimdə geniş miqdarda şəxsi heyətimiz, generallarımız, zabitlərimiz, özəl bölmələrimiz, komando bölmələrimiz, hava qüvvələrimiz iştirak etdi. Təlim ərəfəsində müxtəlif cür silah-sursatdan istifadə olundu”.

Boyukmillet.com 
xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı, general-leytenant Bəxtiyar Ersay AzTV-nin “Əsas məsələ” verilişində deyib.  General, bu təlimlərdə bir sıra mühüm yeniliklərin əldə olunduğunu da diqqətə çatdırıb:

“İki dövlət başçısının ifadə etdiklərinə əlavə bir söz söyləmək doğru olmaz. Tək millət, iki dövlət və nəhayətində iki qardaş ölkə olsaq da, artıq bir ordu olduq. Bəzən hərbi sahədə sıxıntılar yaşadığımız anlar ola bilirdi, ancaq biz bunları bu dəfə keçirdiyimiz təlimlərdə daha da dərindən dəyərləndirdik.  Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri savaş təcrübələrini bir araya gətirərək, qarşılıqlı şəkildə əskikləri, xətaları düzəltdik və yaxşı tərəflərimizi isə inkişaf etdirmək üçün yeni fəaliyyətlər icra etdik. Bu təlimlər müharibənin əsas funksional məqamları adlandırdığımız bütün mərhələlərə malik idi. Biz onların hər birinin funksiyalarını dörd ayrı bölgədə tək-tək icra etdik və bunu isə yüksək dəyərləndirə bilərik. Deyə bilərik ki, bu iki ölkənin birgə həyata keçirdiyi təlimlərin bəlkə də yeni mərhələsini göstərir”.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …