Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Görüş Türkmənistanının Avaza rayonunda keçirilib.

R.T.Ərdoğan, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Xatırladaq ki, bu gün Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı ilə Birinci Üçtərəfli Zirvə Görüş keçiriləcək.

Görüşdən sonra sənədlərin imzalanması gözlənilir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …