Bazar , 15 Noyabr 2026
Drone Cameras

Zakir Həsənov Ukraynadan Türkiyəyə qayıdan pilotlarla görüşüb

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan Türkiyəyə qayıdan “A400m” təyyarələrinin pilotları və onların ailələri ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib.

Xatırladaq ki, humanitar yardımların çatdırılması və Ukraynadakı Türkiyə vətəndaşlarınn təxliyəsi üçün bu ölkəyə yola düşən iki “A400m” təyyarəsi dünən Türkiyənin Kayseri şəhərinə qayıdıb.

Check Also

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – Rəsmi

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət …