Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Kreml Nikol Paşinyana cavab verib

“Qarabağdakı beynəlxalq sülhməramlı mandat üçün Azərbaycanın və Ermənistanın razılığı lazımdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, bölgəyə beynəlxalq vasitəçilərin yerləşdirilməsi yalnız hər iki tərəfin – həm Azərbaycanın, həm də Ermənistanın razılığı ilə mümkündür.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Qarabağdakı Rusiya sülhməramlıları təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamaq lazımdır. Onun sözlərinə görə, sülhməramlı kontingent üçün BMT-dən mandat alınmalıdır və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməlidir.

Check Also

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com …