Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Pakistan ermənilərin Qarabağdan dərhal geri çəkilməsini tələb edir

Pakistan dünya ictimaiyyətindən Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməyə məcbur etməsini tələb edir.Boyukmillet AzərTAc-a istinadən xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi İslam Əməkdaşlıq Təşkilatının BMT Baş Məclisi çərçivəsində keçirilmiş qrup görüşündə dünyanın Ermənistana Azərbaycan ərazilərini azad etməsi və işğala son qoyması üçün daha çox təzyiq göstərməsini tələb edib.

O qeyd edib ki, Pakistan Azərbaycanı dəstəkləyir və Ermənistan kimi təcavüzkar qüvvələrin dünyadakı əsas güclər tərəfindən sərt şəkildə qınanılmadığı təqdirdə sülhü bərqərar etmək mümkün olmayacaq.

Mahmud Qureşi əlavə edib ki, Dağlıq Qarabağ on illiklər boyunca insanların əzab-əziyyət çəkməsinə səbəb olmuş bir yanar atəşdir. Kəşmir və Dağlıq Qarabağ oxşar hallarla üzləşib. Nazir Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edib.

Teqlər: Pakistan   Qarabağ   Ermənistan  

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …