Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanda ölüb

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanda ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə noyabrın 8-də Masallı-Yardımlı
avtomobil yolunun Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü İmanov Əlibaba Mirağa oğlu idarə etdiyi “UAZ 469” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1960-cı il təvəllüdlü Ağayev Zəfər Vəkil oğlunu vurub. Nəticədə piyada xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Noyabrın 10-da isə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dekabrın 29-da müalicə aldığı həmin xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …