Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

Türkiyə Prezidentinin sözçüsü: “Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün cəhdlərimiz davam edir”

“Türkiyə Ukraynadakı müharibəni dayandırmaq üçün səylərini davam etdirəcək. Asan iş yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “CNN”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, nə Rusiya, nə də Ukrayna bu müharibəni dayandırmaq istəyir: “Ona görə də regionda sülhə nail olmaq üçün Türkiyə vasitəçi olmaq istəyir. Heç bir tərəf dayanmaq istəmir, amma onlar həlledici hərbi qələbə qazanacaq vəziyyətdə deyillər. Çünki daha çox uzanan müharibə və dərin böhran hamıya daha çox əzab, itki və dağıntı gətirəcək. Bu səbəbdən Türkiyə sülhə nail olmaq üçün vasitəçiliyə hazırdır”.

Check Also

İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları ilə Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər …