Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiyalı hərbçilərin yerləşdiyi yataqxanaya zərbə endirilib, ölənlər var

Ukraynanın Luqansk vilayətinin işğal altındakı Rubijne şəhərində səfərbər olunmuşların yataqxanasına zərbə endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiya İdarəsi (Stratkom) teleqramda məlumat yayıb.

Məlumata görə, olay nəticəsində Rusiyanın 14 hərbçisi zərərsizləşdirilib: “Yaralıların sayı hələlik məlum deyil”.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sisteminin raketləri ilə Rusiyanın səfərbər olunmuş şəxslərin məskunlaşdığı binaya zərbə endirməsi sonucunda yüzlərlə hərbçi ölüb, bir o qədəri də yaralanıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …