Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Fransanın PSJ klubu futbolçusu Lionel Messiyə qadağa qoyub.

Boyukmillet.com xəbər verir ki, Paris təmsilçisi evdə “Anje”yə qarşı keçirəcəkləri Liqa 1-in XVIII tur oyunundan öncə argentinalı hücumçunun dünya kuboku ilə stadion turu təşkil etməsinə icazə verməyib.

Cənubi Amerika təmsilçisi DÇ-2022-nin finalında məhz Fransanı məğlub edərək titula sahib çıxıb. Yerli azarkeşlərin mənfi reaksiyasından ehtiyatlanan PSJ rəhbərliyi 36 yaşlı forvardın mundialdakı qələbəni “Park de Prins” arenasında qeyd etməsinə qarşı çıxıb.

Qeyd edək ki, yanvarın 12-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …