Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.
Boyukmillet.com xəbər verir ki, TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir.
Bəyanatda Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəklənib.