Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir.
Boyukmillet.com xəbər verir ki, yubiley mərasiminin təşkilatçıları Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Azərbaycanın müvafiq qurumlarıdır.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, teatrşünaslar, T.Kazımovun sənət yoldaşları iştirak edirlər.
TÜRKSOY-un baş katibi Sultan Rayev çıxışında bildirib ki, T.Kazımov dünyada tanınan sənətçi olub: “Bu il, həmçinin Azərbaycan milli teatrının qurulmasının 150 ili tamam olur. Bu münasibətlə bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşuq. Tofiq Kazımovun Azərbaycan teatr sənətinin inkişafında mühüm rolu olub”.