Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

Cəbrayıl Həsənovu məğlub edən dünya çempionu Həbibi görüşə çağırdı – “Eşitdin, gəl!”

“Əgər Həbib xalçada mübarizə aparmaq istəyirsə, mən tam razıyam”

Sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk qeyri-adi istəklə diqqət mərkəzinə düşüb.

79 kq çəkidə çıxış edən ABŞ idmançısı MMA üzrə UFC-nin çempionu Həbib Nurməhəmmədovu görüşə çağırıb.

Sentyabrın 22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda dünya çempionatının finalında, bir il öncə isə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan güləşçisi Cəbrayıl Həsənovu məğlub edən K. Deyk rusiyalı döyüşçü ilə sərbəst güləş qaydaları ilə üz-üzə gəlmək istəyindədir. H. Nurməhəmmədovun ən güclü cəhətinin parterdə güləş olduğunu bilən K. Deyk ona mesaj da göndərib: “Əgər Həbib xalçada mübarizə aparmaq istəyirsə, mən tam razıyam. Eşitdin, Həbib Nurməhəmmədov? Gəl!”.

28 yaşlı güləşçi yaxın zamanda MMA-ya keçmək istəmədiyini də qeyd edib. Çünki o, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusundadır: “Hədəfim qızıldır”.

Qeyd edək ki, K. Deykin mübarizə apardığı 79 kq çəki dərəcəsi qeyri-olimpiya çəkisi olduğu üçün lisenziya qazanmaq istəyini Qazaxıstanda reallaşdıra bilməyib. O, qarşıdakı yarışlarda başqa çəki dərəcəsində qüvvəsini sınamaq niyyətindədir.

image description

Check Also

Gürcüstanda müxalifət partiyaları mandatlarının ləğvi üçün rəsmi müraciət ediblər

Biz əminik ki, bu formada, belə qətiyyətlə, küçələrdəki bu etirazla mütləq yeni seçkilərə nail olacağıq!” …