Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İşğal dövründə yataqların qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb

İşğal dövründə Azərbaycanın “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

O bildirib ki, sözügedən şirkətlər aşağıdakılardır:

“Kanadanın “Sterlite Gold” LTD və “First Dynesty Mines”; İsveçrənin “Base Metals”, “Vallex Group”; Rusiyanın “Geopro Mayninq Gold Company”; İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın “Armenian Copper Programme”; ABŞ-ın “Global Gold” və Hindistanın “Vedanta Resourcess”.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …