Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransanın keçmiş Prezidenti Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.
Baş Nazirin “Twitter” səhifəsində etdiyi paylaşımda bildirib ki, görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı onu çox kədərləndirib.
“Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır”, – deyə Baş Nazir qeyd edib.